"Ağ dəbilqə" təşkilatının qurucusu ölü tapılıb
Tarix: 11-11-2019 23:19 | Bölmə: Xəbərlər
"Ağ dəbilqə" təşkilatının qurucusu ölü tapılıb

Keçmiş ingilis hərbçisi, Suriyada "Ağ dəbilqə" təşkilatının qurucusu Ceyms Le Le Mezurye İstanbulda ölü tapılıb.

Reyting.az
“BBC”-yə istinadla xəbər verir ki, Le Mezuryenin cəsədi evinin yaxınlığında aşkarlanıb və ölüm səbəbi hələ bilinmir.

Britaniyalının cəsədi ayaqları və kəllə sınığı ilə tapılıb.

“Ağ dəbilqə” könüllülərindən birinin BBC-yə verdiyi məlumata görə, cəsəd yerli vaxtla saat 04:30 radələrində Mayday Xilasetmə Vəqfinin ofisinin yanındakı küçədə aşkar edilib. Onu polisə zəng edən yerli məscid işçisi görüb. “Ağ dəbilqələr” Suriyada 2012-ci ildə üsyançıların nəzarətində olan ərazilərdə xilasetmə könüllü dəstələri kimi meydana çıxıb.

2016-cı ildə Le Mezurye Britaniya İmperiyası ordeni ilə təltif edilib. Elə həmin il onun təşkilatı Nobel Sülh Mükafatına namizəd olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarovanın sözlərinə görə, Le Mezurye keçmişdə ingilis kəşfiyyatı MI6 üçün işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}