Agentlik rəhbəri: “Şikayətlər təkcə İrandan gəlmir” - Foto
Tarix: 04-12-2019 18:36 | Bölmə: Xəbərlər
Agentlik rəhbəri: “Şikayətlər təkcə İrandan gəlmir”

Azərbaycan vizanı ləğv edir, bunun qarşılığında İran ölkədən çıxış xərcini ləğv edir.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, Azərbaycan iki ölkə arasında turizm mübadiləsinin qeyri-bərabər həcmindən narazıdır. Son bir ildə təxminən 1,5 milyon Azərbaycan vətəndaşı İrana gedib, 241 min İran vətəndaşı isə Azərbaycanda səfərdə olub. Bu bərabərsizliyə cavab olaraq İran tərəfi Azərbaycan Respublikasını vizasını ləğv etməyə çağırır.

İSNA-nın məlumatına görə, İran 3 il əvvəl Azərbaycan Respublikası vətəndaşları üçün vizasını ləğv edib, halbuki İran vətəndaşları Azərbaycana səfər etmək üçün viza almalıdırlar. Hava limanında verilən Azərbaycan vizası 26 ABŞ dollarıdır. Təcili vizanın qiyməti isə 51 dollar səviyyəsində müəyyənləşdirilib.

Vizaların ləğvi və səyahət vergisi xərclərinin tənzimlənməsi İran Turizm Xidmətləri Assosiasiyasının Azərbaycan Respublikasının Turizm Şurası ilə görüşü zamanı ən vacib tələblərə çevrilib.

Agentlik rəhbəri: “Şikayətlər təkcə İrandan gəlmir”

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev də İranın Səyahət Agentlikləri Assosiasiyasındakı görüşdə iki ölkə arasında turizm mübadiləsinin qeyri-bərabər həcminə toxunub: “İran dost və qardaş ölkə olduğu üçün Azərbaycan ölkəyə gələn iranlıların sayını artırmaq istəyir və ölkəmizlə turizm və ticarət sahəsində əlaqələrin inkişafı çox vacibdir”.

Fuad Nağıyev bildirib ki, Astara və Biləsuvar sərhəd-keçid məntəqələrində sərnişinlərin keçidində bəzi problemlər var və Azərbaycan Respublikası bu keçidlərdə infrastrukturun yaradılması ilə bağlı zəruri işlər görür.

Dövlət Turizm Agentliyinin rəhbəri şikayətlərə toxunaraq deyib: “Əlbəttə, bu şikayətlər təkcə İrandan deyil, digər ölkələrdən də gəlir. Şikayətlərin əksəriyyəti xidmətlərin dəyəri ilə bağlıdır. Azərbaycan Respublikasında bir dövlət qurumu olaraq, qiymətləri daha da izləmək üçün müvafiq şöbələrlə birgə iclas keçirməyə hazırıq”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}