20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Təhsil naziri imtahanlarla bağlı əmr imzalayıb
Tarix: 09-12-2019 13:21 | Bölmə: Xəbərlər
Təhsil naziri imtahanlarla bağlı əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.

Reyting.az
xəbər verir ki, əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

Qeyd edək ki, əmr imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi daşıyır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib