Rafael Dadaşov xəstəxanadan evə buraxılıb
Tarix: 15-12-2019 16:30 | Bölmə: Xəbərlər
Rafael Dadaşov xəstəxanadan evə buraxılıb

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov bir neçə dəqiqə öncə evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında tanınmış aktyorun özü deyib: "Şükürlər olsun ki, vəziyyətim indi normaldır. Amma müalicəmi ev şəraitində davam etdirəcəm. Mənə diqqət göstərən hər kəsə, Mərkəzi Neftçilər Xəstəxanasının bütün işçilərinə minnətdaram".

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub