Kommunist qadınların lideri deputatlığa namizəd oldu
Tarix: 14-01-2020 13:35 | Bölmə: Xəbərlər
Kommunist qadınların lideri deputatlığa namizəd oldu

Azərbaycanda qadın kommunist hərəkatının rəhbəri Gülnisə Əlisultan qızı Mənsimovanın 51 saylı Qusar Seçki Dairəsindən namizədliyi qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu, deputatlığa ilk kommunist qadın namizəddir.

Hazırda Azərbaycan kommunistləri parçalanmış formadadır və bir-birlərini təkzib edirlər.

Məlumata görə, deputatlığa namizəd Gülnisə Mənsimovanın Qusarda artıq seçki qərargahı yaradılıb və qərargaha fəal kommunist Svetlana Səfərova rəhbərlik edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}