Zaur Qardaşov “Dayanmaq yox! İslahatlara davam!” deyir
Tarix: 18-01-2020 19:48 | Bölmə: Xəbər lenti
Zaur Qardaşov “Dayanmaq yox! İslahatlara davam!” deyir

Bu ilin 9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə ən gərgin mübarizənin yaşanacağı dairələrdən biri də 86 saylı İsmayıllı seçki dairəsidir.

Bu dairədən namizəd olan Zaur Qardaşov “Dayanmaq yox! İslahatlara davam!” şüarı ilə innovativ seçki texnologiyalarından istifadə etməklə platformasını seçicilərə çatdırmağı hədəfləyir.

Məlumat üçün bildirək ki, Zaur Qardaşov 1978-ci ildə anadan olub, İsmayıllı 1 saylı orta məktəbini bitirib. Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində ali təhsil alıb, iqtisad üzrə fəlsəfə doktorudur. 2007-2014 cü illərdə İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2014-2016-cı illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda departament müdiri, BMT-nin FAO, ESCAP və Avropa Yenidənqurma və İnkişaf Bankının milli proqramları üzrə eksperti olub. 2010-2016-cı illərdə Bakı Dövlət və İqtisad universitetlərində pedaqoji fəaliyyətlə məşqul olub. Hazırda Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantıdır. 20-dən artıq elmi məqalənin müəllifidir. 30-dan artıq beynəlxalq konfrans və seminarların iştirakçısı olub, o cümlədən İsveçrənin St. Gallen və Rusiyanın Skolkovo universitetlərinin professorları ilə birlikdə Azexportun uğur modelinə həsr olunmuş ingilis dilində dərslik materialının həmmüəllifidir. 2016-cı ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament müdiri, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Azexport portalının rəhbəridir. Azərbaycan Respublikasında Logistika və ticarətin inkişafı və Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritələrinin monitoring və icra qrupunun eksperti olub. Evlidir iki övladı var.

Zaur Qardaşov “Dayanmaq yox! İslahatlara davam!” deyir

Zaur Qardaşov bitərəfdir və dövlət qulluğunda çalışan islahatçı və aktiv gənclər qrupuna aid edilir. Sahibkarlığın inkişafını, ixracı və investisiyaları dəstəkləyən bir sıra təşviq mexanizmlərinin müəllifidir, onun yeni parlamentdə təmsil olunması əsasən qeyd olunan istiqamətlərin inkişafı, dövlət xidmətlərinin təkmilləşdirilməsi, regionların innovativ inkişafına töhfə verə bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}