Deputatlığa namizədlə bağlı qərar ləğv olunub
Tarix: 19-01-2020 18:20 | Bölmə: Xəbərlər
Deputatlığa namizədlə bağlı qərar ləğv olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun müraciətinə baxılıb.

MSK-nın üzvü İlkin Şahbazov bildirib ki, R. Həsənovun namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.

İ. Şahbazov deyib ki, araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə, onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.

MSK DSK-nın qərarını ləğv edib və H. Rəşidin deputatlığa namizədliyi qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər