Türkiyədə daha bir güclü zəlzələ baş verdi
Tarix: 28-01-2020 16:30 | Bölmə: Xəbərlər
Türkiyədə daha bir güclü zəlzələ baş verdi

Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Qəndilli Rəsədxanası bildirib ki, yeraltı təkan yerli vaxtla saat 14:26-da olub. Episentri Qırxağacda qeydə alınan zəlzələ İstanbul, İzmir, Bursa və digər şəhərlərdə də hiss edilib.

Qeyd edək ki, 25 yanvarda Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən 6.8 ballıq zəlzələ nəticəsində 40 nəfər həlak olub, 1500-ə qədər adam xəsarət alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}