Binəqədidə bir nəfər güllələnib
Tarix: 22-02-2020 23:56 | Bölmə: Xəbərlər
Binəqədidə bir nəfər güllələnib

Bakının Binəqədi rayonunda silahlı insident hadisəsi baş verib.

Hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb.

Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə. Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək, xəsarət alan şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.

Fakt araşdırılır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}