17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
İlon Mask robot ordusunu idarə etmək istəyir
Tarix: 23-10-2025 15:59 | Bölmə: Xəbərlər
İlon Mask robot ordusunu idarə etmək istəyir

"Tesla" şirkətinin baş direktoru İlon Mask yenidən qalmaqallı bəyanatla gündəmə gəlib. Milyarder bu şirkətin üçüncü rübü ilə bağlı hesabat konfransında "Optimus" humanoid robot layihəsindən danışıb və "Robot ordusu"nu idarə etmək istədiyini etiraf edib.

Reyting.az
-ın məlumatına görə, İ. Mask deyib ki, əsas narahatlığı şəxsi gəlir və yaxud şirkəti üzərindəki nəzarət deyil, əksinə, onun istəyinə uyğun "əgər böyük robot ordusu yaradılarsa, onlar üzərində tam sabit güclü təsir imkanlarına malik olub-olmayacağıdır".

Amerikalı milyarderin belə bir açıqlama verməsi, bundan əvvəlki "süni intellektin təhlükələri" barədə etdiyi bəzi xəbərdarlıqlarından fərqli təsir bağışlayır və artıq onun robotlara nəzarət arzusunu ön plana çıxarır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib