Papa İraq səfərini təxirə saldı – Koronavirusa görə
Tarix: 27-02-2020 11:33 | Bölmə: Xəbərlər
Papa İraq səfərini təxirə saldı – Koronavirusa görə

Vatikan lideri Papa Fransis bir qrup iraqlı xristianla görüşdə bu il İraqa getməyəcəyini açıqlayıb.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, Vatikan rəhbəri Yaxın Şərq ölkəsinin üzləşdiyi bir çox bəlalara toxunaraq bildirib: “Ölkəniz üçün dua edirəm”.

Potensial təhlükəli səfərin naməlum bir müddətə təxirə salınmasından əvvəl katolik kilsəsi başçısının bu ilin iyun ayında İraqa ziyarət etmək istəyi açıqlanmışdı.

Ötən ay İraq prezidenti Bərham Salehlə görüşdə Papanın vədini təkrarlamasına baxmayaraq “Corona” virusu epidemiyası ilə bağlı narahatlıqlar onun qərarına təsir göstərib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}