Əli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdi - Video
Tarix: 26-05-2020 20:41 | Bölmə: Xəbərlər
Əli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdi

May ayının 26-da Milli Məclisin deputatı Əli Məsimlinin seçiciləri ilə onlayn qəbulu təşkil edilib.

Deputatın ofisindən Reyting.az-a verilən xəbərə görə, əvvəlcə Əli Məsimli Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Sonra Əli Məsimlinin köməkçisi Vüsal Baxışov deputat ofisinin may ayı ərzindəki fəaliyyəti, daxil olmuş müraciətlərin icra vəziyyəti barədə məlumat verib. Qeyd edib ki, bugünki onlayn qəbul, COVID-19 virusuna qarşı mübarizənin təşkili məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin şərtlərinə uyğun qaydada kiçik quruplar şəklində təşkil edilib.

Sonra deputat tərəfindən qəbula gəlmiş hər bir seçicinin müraciətləri ayrı-ayrılıqda dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb, qəbulda qaldırılan hər bir problemlə bağlı müvafiq tədbirlərin görülməsi və lazımı köməyin göstərilməsi barədə köməkçisi Vüsal Baxışova tapşırıqlar verib.

Onlayn görüşün video yazısı ilə bu linkdə tanış ola bilərsiniz:



Əli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdi
Əli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdiƏli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdi
Əli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdi
Əli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdi
Əli Məsimli seçiciləri ilə onlayn qəbul keçirdi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}