Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb
Tarix: 03-06-2020 00:23 | Bölmə: Xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb

Dünyada COVID-19-a yoluxanların ümumi sayı 6,2 milyona çatır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə ayrı-ayrı ölkələrdə COVID-19-a yoluxanların sayı 100 mindən çox artıb.

Eyni zamanda 376 mindən çox insan təhlükəli virusdan ölüb.

Son sutkada COVID-19-a 113 198 yeni yoluxma qeydə alınıb, 4 242 pasiyent ölüb. Beləliklə, dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 194 533, ölüm hallarının sayı 376 320 təşkil edir.

Dünyada təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 905 432 insan təhlükəli virusa yoluxub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}