11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Rusiya Liviya siyasətində yenilik etdi
Tarix: 03-07-2020 20:22 | Bölmə: Xəbərlər
Rusiya Liviya siyasətində yenilik etdi

Rusiya Liviyada səfirliyini yenidən açmaq qərarı verib. Moskva Liviya səfiri postuna Kamşed Boltayevin təyin edildiyini bildirib.

Reyting.az
-ın məlumatına görə, Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib ki, səfir hələlik Tunsdə fəaliyyət göstərsə də, Rusiyanı Liviya səfiri kimi təmsil edəcək.

Lavrov, həmçinin Liviyada atəşkəs əldə edilməsinə dair çağırış da edib.

Bu arada qiyamçı Xəlifə Haftarın tərəfini tutan və özünü Liviya parlamentinin sədri elan edən Akilə Salehin Rusiya məqamları tərəfindən qəbul ediləcəyi də bəlli olub. Lavrov bildirib ki, Liviyada qarşıdurmanı dayandırmaq üçün Moskva Akilə Salehi qəbul edə bilər.

Rusiyanın baş diplomatı əlavə edib ki, Misir lideri Sisi və qiyamçı Haftarın daha əvvəl açıqladığı Qahirə deklarasiyasını dəstəkləyir: “Qahirə deklarasiyası Liviyada siyasi dialoq üçün bir platforma təmin edə bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}