ARB və Xəzər TV-nin yayımı dayandırılacaq - Səbəb
Tarix: 14-08-2020 19:18 | Bölmə: Cəmiyyət
ARB və Xəzər TV-nin yayımı dayandırılacaq

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.

MTRŞ-dan Reyting.az-a verilən məlumata görə, iclasda 1-10 avqust tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

Avqustun 5-də “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 23 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, avqustun 8-də “ARB” televiziya kanalının efirində saat 09.00 – 10.00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 17 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}