Koronavirus hüceyrələrini məhv etmək üsulu aşkarlanıb
Tarix: 20-09-2020 10:28 | Bölmə: Xəbər lenti
Koronavirus hüceyrələrini məhv etmək üsulu aşkarlanıb

Yaponiya alimləri yoluxmuş bir səthdə ultrabənövşəyi radiasiyaya (dalğasının uzunluğu 10-400 Hm diapazon olan elektromaqnit şüaları-red.) məruz qalmanın koronavirus hüceyrələrini öldürdüyünü sübut ediblər.

Reyting.az
xəbər verir ki, Xirosima Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma “American Journal of Infection Control” jurnalında dərc edilib.

Alimlərin araşdırması zamanı məlum olub ki, koronavirus hüceyrələrinin 99,7 faizi ultrabənövşəyi radiasiyaya məruz qalma nəticəsində ölür. Bu vəziyyətdə dalğanın uzunluğu 222 Hm olmalıdır, əks təqdirdə radiasiya dəriyə nüfuz edib, canlı hüceyrələri məhv etməyəcək.

Alimlərin fikrincə, bu kəşf xəstəxana binalarının dezinfeksiya edilməsini yaxşılaşdıra bilər.(Report)




Bölməyə aid digər xəbərlər
20-10-2020, 13:19 Sabah yağış yağacaq

bütün xəbərlər
{sape_links}{sape_article}