Azərbaycanda daha 3 vəkil bürosu təsis olunub
Tarix: 25-09-2020 18:52 | Bölmə: Xəbərlər
Azərbaycanda daha 3 vəkil bürosu təsis olunub

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Kollegiyadan Reyting.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. 

İclasda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsi, Vəkillər Kollegiyasında könüllülük fəaliyyətinin təşkili, “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş sahələrə baxış keçirilmə ilə bağlı Komissiya”nın tərkibinə yenidən baxılması, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması, eləcə də İsmayıllı rayon vəkil bürosunun, “Kamandar Nəsibov və partnyorları” və “Mütəllimov və partnyorları” vəkil bürolarının təsis olunması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib. 

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}