16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda iki uşaq su hovuzunda boğulub
Tarix: 29-11-2020 18:23 | Bölmə: Xəbərlər
Bakıda iki uşaq su hovuzunda boğulub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

FHN-dən Reyting.az-a verilən məlumata görə, axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}