16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan: "Artıq Qarabağ səmalarını ay-ulduzlu bayraq bəzəyir"
Tarix: 05-12-2020 17:16 | Bölmə: Xəbərlər
Ərdoğan: "Artıq Qarabağ səmalarını ay-ulduzlu bayraq bəzəyir"

"Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində bu gün Qarabağ səmalarını şükürlər olsun ki, əski parçaları deyil, ay-ulduzlu bayraq bəzəyir".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı iqamətgahından Sarıkamış-Karakurt-Horasan yolunun açılış tədbirinə canlı bağlantı zamanı deyib.

“Azərbaycan heç kimin torpağını işğal etməyib. 30 ildir işğal altında olan torpaqlarını azad etdi. Fransa erməniləri bu qədər çox sevirssə öz torpaqlarından Marseli onlara verə bilər. Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm diplomatik həm də hərbi baxımdan Azərbaycana anasının südü kimi halaldır. Türkiyə olaraq hər zaman və hər yerdə haqqın, həqiqətin, məzlumun yanında yer almağı, bu istiqamətdə söz söyləməyi və siyasət yürütməyi davam etdirəcəyik”, - Türkiyə lideri bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}