Casusluqda şübhəlilərin işi məhkəməyə göndərilib
Tarix: 28-01-2021 10:00 | Bölmə: Cəmiyyət
Casusluqda şübhəlilərin işi məhkəməyə göndərilib

Dövlətə xəyanətdə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hər iki şəxs xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}