17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şəhid hərbçimiz dəfn edilib
Tarix: 09-03-2021 12:19 | Bölmə: Xəbərlər
Şəhid hərbçimiz dəfn edilib

Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B. Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B. Cəfərov ötən gün vəfat edib.

Xatırladaq ki, B. Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}