Ermənistanda növbədənkənar seçki başlayıb
Tarix: 20-06-2021 08:54 | Bölmə: Xəbərlər
Ermənistanda növbədənkənar seçki başlayıb

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

Ermənistan KİV-ləri xəbər verir ki, 12 saat ərzində ermənilər Baş nazir postuna layiq bildiyi şəxsin blokuna səs verməklə həm parlamenti, həm də dolayı yolla yeni hökuməti formalaşdıracaq.

Bu zaman kəsiyində seçicilər 21 partiya və dörd siyasi blok arasında seçim etməlidirlər. Parlamentə düşmək üçün siyasi partiyalar 5, bloklar isə 7 faizlik səddi keçməlidirlər. Seçkilər axşam saat 8-də başa çatacaq.

Növbədənkənar seçkilərdə əsas rəqabətin hazırda Baş nazir səlahiyyətlərini icarə edən Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında gedəcəyi proqnozlaşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}