İtkin düşən 7 hərbçimizdən birinin nəşi tapılıb - Fotolar
Tarix: 13-10-2021 21:15 | Bölmə: Xəbərlər
İtkin düşən 7 hərbçimizdən birinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçimizdən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Reyting.az
xəbər verir ki, Baş Prokurorluq itkin düşən hərbi qulluqçumuz - gizir Əliyev İxtiyar İlqar oğlunun meyitinin tapılaraq şəxsiyyətinin müəyyən edildiyini təsdiqləyib.

Növbəti gün ərzində meyit ailə üzvlərinə təhvil veriləcək.

Şəhidimizin sabah Goranboy rayonunun Goranlı kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}