12:10 / 25-06-2022
Sabah yağışlı hava olacaq
Harri Kasparov Rusiyada “xarici agent” elan edilib
Tarix: 21-05-2022 10:07 | Bölmə: Cəmiyyət
Harri Kasparov Rusiyada “xarici agent” elan edilib
Harri Kasparov

Məşhur bakılı şahmatçı, keçmiş dünya çempionu, 2013-cü ildən mühacirətdə olan Rusiyanın müxalifət liderlərindən biri Harri Kasparov və sahibkar Mixail Xodorkovski Rusiyada “xarici agent” elan edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Kasparov və Xodorkovski siyasi fəaliyyətə görə “xarici agent” siyahısında daxil edilib. İddiaya əsasən, Xodorkovski Ukrayna ilə, Kasparov isə Amerika İnsan Haqları Fondu ilə əlaqədədir.

Məlumat üçün bildirək ki, “xarici agentlər”in siyahısında Kasparov və Xodorkovskidən başqa, telejurnalistlər Yevgeni Kiselev və Matvey Qanapolski, müxalifətçi Aleksey Navalnının şəriki Leonid Volkov, siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern də yer alır.

Qeyd edək ki, Kasparov Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçilərindən biridir. O, Ukraynada müharibə başlayandan bəri Rusiya lideri barədə kəskin fikirlər səsləndirib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}