Bu gün Vısotski anılır...
Tarix: 25-07-2023 09:17 | Bölmə: Mədəniyyət
Bu gün Vısotski anılır...

Bu gün məşhur şair, teatr və kino aktyoru, müəllif mahnılarının ifaçısı, SSRİ Dövlət mükafatı laureatı, vətənində dissident adı qazanmış Vladimir Vısotskini anım günüdür.

Reyting.az
xatırladır ki, 1938-ci ildə Moskvada doğulan böyük sənətkar 1980-ci ildə 42 yaşında dünyasını dəyişib.

Dəfn günü Vısotskinin ömrü boyu çalışdığı Taqanka teatrının binası önünə on minlərlə insan toplaşmışdı. O, bu teatrda Hamlet, Puqaçyov, Qaliley, Lopaxin kimi parlaq obrazlar yaratmışdı. Oxuduğu antisovet mahnıları isə dillər əzbəri idi.

Vladimir Vısotskinin dəfn mərasimi Moskva Olimpiadasına marağı kölgədə qoysa da, onun ölümü barədə heç bir qəzetdə məlumat dərc olunmadı...

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}