Kino Agentliyi: "Mədəniyyət Nazirliyi yaranmış bütün borcları ödəyəcək"
Tarix: 15-02-2024 17:45 | Bölmə: Mədəniyyət
Kino Agentliyi: "Mədəniyyət Nazirliyi yaranmış bütün borcları ödəyəcək"

Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada nazirlikdə həll edilib.

Reyting.az 
xəbər verir ki, bu barədə Kino Agentliyi məlumat yayıb.

Məlumatda deyilir:

"Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı Kino Agentliyi tərəfindən ödənilmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib. Bir daha bildiririk ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər