Aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb - Siyahı
Tarix: 12-06-2024 12:23 | Bölmə: Mədəniyyət
Aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiq edilib.

Reyting.az
"Report"a istinadla bildirir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar verib.

Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:

1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;

2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;

3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;

4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;

5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;

6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;

7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.

Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}