12:56 / 12-12-2024
Sabah yağış yağacaq
Deputat Ağadadaş Ağayevi "topa tutdu": "Mühafizəçi neyləsin, başını tutsun baltanın altına?"
Tarix: 23-07-2024 18:20 | Bölmə: Mədəniyyət
Deputat Ağadadaş Ağayevi "topa tutdu": "Mühafizəçi neyləsin, başını tutsun baltanın altına?"

"Mühafizəçinin atası-anası yoxdur? O Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar".

Reyting.az
xəbər verir ki, bu sözləri sosial media hesabında Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa yazıb.

Onun sözlərinə görə, mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur: "Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? Bu cür videoların yayılmasının mən də əleyhinəyəm. İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər