Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Tarix: 18-09-2024 07:45 | Bölmə: Mədəniyyət
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

Reyting.az
xəbər verir ki, 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalı keçirilir.

Qeyd edək ki, Ü. Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.




Bölməyə aid digər xəbərlər
18-08-2024, 10:28 Məşhur aktyor vəfat edib