"Terminator"u gələcəyə yollayıblar
Tarix: 21-10-2024 07:58 | Bölmə: Mədəniyyət
"Terminator"u gələcəyə yollayıblar

Ceyms Kemeronun rejissoru olduğu məhşur filmdə Arnold Şvartseneqqerin yaratdığı "Terminator T-800" obrazı bu dəfə yeni bir aləmə üz tutub. O, "Cyberpunk 2077" dünyasına səfər edib. Beləliklə, şəhərin qaranlığında robotun növbəti macəraları başlayıb.

Reyting.az
-ın məlumatına görə, "Cyberpunk 2077" ilə eksperimentlər indi də davam edir. Lakin bu dəfə onlar daha maraqlı üsula əl atıblar və "Terminator" franşizası ilə krossover hazırlayıblar.

"YouTube" kanalında müəlliflik edən Əli Handlenin yeni krossoverlə qayıdışı çoxlarında maraq oyadıb. Çünki bu dəfə eksperimentin əsas sahəsi məhz elə "CD Projekt RED"-in hiti sayılan "Cyberpunk 2077" dünyası olub.

O, Arnold Şvartseneqqerin "T-800"-ünü götürüb "Night City"-də yerləşdirməklə bunu texniki baxımdan gələcək səyahətə, 2029-cu ildən 2077-ci ilə qədər bir dövrə sığışdıra bilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}