Aktyorlar səhnəyə “Xəcalət”lə çıxacaq
Tarix: 14-07-2016 14:58 | Bölmə: Mədəniyyət


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Qubaya qastrol səfərinə yollanacaq. Kollektiv iyulun 14-də Quba tamaşaçıları qarşısında "Xəcalət” tamaşası ilə çıxış edəcək.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət” tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

İki hissəli müasir dram olan səhnə əsərində rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edir.

Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər