14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Xalq artisti yeni teatrın açılışında iştirak edib - Fotolar
Tarix: 06-09-2019 01:23 | Bölmə: Mədəniyyət
Xalq artisti yeni teatrın açılışında iştirak edib

Şah Mat Teatrı 3-cü mövsümünü Ejen İonsekonun "Stullar” tamaşası ilə açıb. "Zirzəmi teatrı" üslubunda fəaliyyət göstərən Azərbaycanın ilk mədəniyyət ocağının tamaşaçıları arasında Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əzimov da iştirak edib.

Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu Reyting.az-a deyib ki, tamaşadan əvvəl çıxış edən Rafiq Əzimov yeni mövsümün başlanması münasibətilə kollektivi və tamaşaçıları təbrik edib. Teatrda çalışan gənclərə dəyərli məsləhətlər verən Xalq artisti onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra aktyorlar səhnəyə dəvət olunub. İki personajın rol aldığı səhnə əsəri rejissorlar Ümid Abbas və Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunub.

Gənc sənətçilər Mir Qabil Ələkbərov və Ümid Abbas tərəfindən oynanılan tamaşa alqışlarla qarşılanıb.

Xalq artisti yeni teatrın açılışında iştirak edibXalq artisti yeni teatrın açılışında iştirak edib
Xalq artisti yeni teatrın açılışında iştirak edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}