14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Sərxoş eşq” filmi İranda etirazlar doğurub
Tarix: 23-09-2019 20:57 | Bölmə: Mədəniyyət
“Sərxoş eşq” filmi İranda etirazlar doğurub

“Türkiyə illərdir Mövlanəni müsadirə etməyə çalışır və indi Həsən Fəthinin Türkiyə kapitalı ilə çəkdiyi film layihəsi bu İran şairi ilə bağlı böyük narahatlıqlar doğurub”.

Reyting.az
“Ferhixteqan” qəzetinə istinadla xəbər verir ki, iranlı rejissor Həsən Fəthinin çəkməyə hazırlaşdığı “Sərxoş eşq” filmi xeyli mübahisələr üçün əsas yaradıb.

Cəlaləddin Rumi və Şəms Təbrizidən bəhs edən filmdə cəmi bir iranlı aktyora rol verilməsi İranda etirazla qarşılanıb.

“Ferhixteqan” qəzetinin iddiasına görə, filmdə Rumi obrazını türk aktyor canlandırmalıdır. Bu, "Sərxoş eşq" filminin türkiyəli sərmayəçilərinin tələbidir.

Filmin ssenarisində Ruminin əlyazmalarda qeydə alınan tərcümeyi-halından sapmalar da İranda narazılıq doğurub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}