Türkiyənin tanınmış aktyoru vəfat etdi
Tarix: 01-10-2019 14:35 | Bölmə: Mədəniyyət
Türkiyənin tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, "Kurtlar vadisi" və "Eşkiya dünyaya hökmdar olmaz” seriallarından Azərbaycan tamaşaçılarının yaxından tanıdığı Tarık Ünlüoğlu bu gün vəfat edib.

Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, səhhətindəki problemlə bağlı dünyasını dəyişib.

Xatırladaq ki, Reşat Tarık Ünlüoğlunun "Eşkiya dünyaya hökmdar olmaz”ın rol aldığı son seriyalarında kəskin arıqladığı və üz cizgilərinin birdən-birə dəyişdiyi açıq hiss olunurdu.

O, builki mövsümdə isə seriala çəkilməyib.

Onu da qeyd edək ki, məşhur aktyor 1957-ci il noyarbın 16-da İzmirdə anadan olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}