Fərhad Bədəlbəyli TV-ləri tənqid etdi: "Gündəlik yalnız əyləncə, boş-boş söhbətlər..."
Tarix: 15-10-2019 12:40 | Bölmə: Mədəniyyət
Fərhad Bədəlbəyli TV-ləri tənqid etdi: "Gündəlik yalnız əyləncə, boş-boş söhbətlər..."

“O qədər festivallar keçiririk, vəsait ayrılır, Qarabağ məsələsinin təbliğatı üçün niyə maliyyə vəsaiti ayrılmır? Deputatlardan xahiş edirəm ki, Maliyyə Nazirliyinə təkliflər versinlər. Vəsait olmazsa, kimsə nəsə edə bilməz”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli televiziya kanallarını tənqid edib:

“Məni telekanalların veriliş siyasəti çox narahat edir. Gündəlik yalnız əyləncə, boş-boş söhbətlər... Məsələn, orta ümumtəhsil məktəblərində hər gün ilk dərs zamanı Qarabağdan danışıla bilər. Bir az ciddi olmaq lazımdır, bu, bizə çox lazımdır. Elə bil, kimsə deyir ki, kef çəkin, əyləncə mərkəzlərinə gedin, Qarabağ nəyinizə lazımdır... Vəziyyət çox acınacaqlı və faciəvidir”.

Reportскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}