İki ölkədə çəkilən film yekunlaşdı - Fotolar
Tarix: 18-08-2016 14:33 | Bölmə: Mədəniyyət


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınan "Köşk” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Filmin süjet xətti müharibədə öz torpaqlarını, sevdiklərini və evlərini itirmiş iki gəncin, azərbaycanlı Azər və gürcü qızı Leylanın arasındakı sevgi əhvalatından bəhs edir. Filmin çəkilişləri Azərbaycan və Gürcüstanda aparılıb.

Romantik komediya janrında olan filmin ssenari müəllifləri İmir Məmmədli, Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Sənan Əlləz, Nini İaşvili, Zaza Asanişvili, Kamran Şahmərdan və digərləri canlandırırlar.

Reyting.az







Bölməyə aid digər xəbərlər
bütün xəbərlər