21:34 / 28-10-2025
“Kontakt Home” milyonlarla manat borca düşüb
20:08 / 28-10-2025
İnsan beyninin prinsipləri ilə işləyən superkompüter hazırlanıb
19:52 / 28-10-2025
İlham Əliyev iki kəndin sakinləri ilə görüşüb - Fotolar
19:06 / 28-10-2025
İlham Əliyev Horovlu kəndində sakinlərlə görüşüb - Fotolar (Yenilənib)
18:09 / 28-10-2025
İlham Əliyev Ərdoğana məktub göndərib
17:59 / 28-10-2025
Bakıda taxtalar yığılan ərazi yanır
17:48 / 28-10-2025
Ruben Vardanyana yeni vəkil təyin olunub
17:36 / 28-10-2025
İlon Mask "Vikipediya"ya rəqib ensiklopediya yaradıb - Foto
17:30 / 28-10-2025
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
17:25 / 28-10-2025
Ayda şüşə şəhərlər tikəcəklər - Fotolar
17:11 / 28-10-2025
Daha bir ölkə Çindən üz döndərib
17:09 / 28-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
16:57 / 28-10-2025
Prezident iki stansiyanın təməlini qoyub - Fotolar
16:29 / 28-10-2025
Deputatlar 11 məsələni müzakirəyə çıxaracaq - Siyahı
16:19 / 28-10-2025
Ruslar iki yaşayış məntəqəsində məğlub olub
16:08 / 28-10-2025
Hindistan şirkətləri Rusiya neftindən imtina edir
15:54 / 28-10-2025
Neftin qiymətində enmələr başlayıb
15:48 / 28-10-2025
Prezident avtomobil yolunun açılışında iştirak edib
15:42 / 28-10-2025
Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - Fotolar
15:29 / 28-10-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
15:12 / 28-10-2025
Növbəti köç karvanı Xocalıya çatıb - (Yenilənib) - Fotolar
14:38 / 28-10-2025
İlham Əliyev Cəbrayılda - Horovlu kəndinin açılışı olub - Fotolar
14:30 / 28-10-2025
"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib
14:24 / 28-10-2025
2200 rus hərbçisini əsir götürüblər
14:18 / 28-10-2025
Bir neçə ölkə risk altına düşüb
14:07 / 28-10-2025
Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb
13:46 / 28-10-2025
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
13:42 / 28-10-2025
Fəzail Ağamalı nikahdankənar oğlu olduğunu təsdiqləyib
13:01 / 28-10-2025
Həyatla bağlı yeni elmi model təqdim olunub
12:51 / 28-10-2025
Bir milyon manatdan artıq mənimsəmə: iki nəfərə hökm oxunub
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
23:00 / 23-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
Berlinin Humboldt Universitetində Mirzə Şəfi rüzgarı - Fotolar
Tarix: 06-11-2019 09:54 | Bölmə: Mədəniyyət

Müəllimi ona Şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi, o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi Fridrix fon Bodenştedtdən gedir.

Noyabrın 1-də Xalq Bankın, “Q Gallery Berlin”nin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkil etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt Universitetində keçirilən konfrans “Xalq Əmanəti” layihəsi çərçivəsində yeni dərc olunan, Mirzə Şəfi Vazehin “Bütün əsərləri”nin elmi ictimaiyyətə təqdimatına həsr edilmişdi.

Humboldt Universitetinin professoru, tarixçi alim Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından söhbət açdı. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor, 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda onun oxucularına qiymətli hədiyyə kimi təqdim etdi. Universitetin əsasən Şərq ölkələri istiqamətində çalışan müəllim və tələbələrinin toplandığı konfransda həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirdi:
“Mənim fikrimcə, bu təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə bu, ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktının özü artıq heç bir şərhə yer saxlamır”.

Azərbaycanlı dilçi alim, professor Fəxrəddin Veysəlli isə öz çıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını izah etdi. Vazeh yaradıcılığının Azərbaycan-alman mədəniyyətləri arasında uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli bu işdə Fridrix fon Bodenştedtin də rolunu xüsusi qeyd etdi.
Yeri gəlmişkən, tədbir boyu bu fikirləri alman alimləri də dəfələrlə vurğuladılar.

Almaniyanın nüfuzlu tarixçi alimlərindən biri, professor Udo Ştaynbaxın çıxışı da maraqla qarşılandı: “Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, Almaniyada Vazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən və bunun hər iki xalqa verdiyi gözəl tohfələrdən də kifayət qədər məlumatları yoxdur. Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq”.
Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli təqdimat həm də ədəbi-bədii müstəvidə də olmalı idi. Təşkilatçılar da bunu gözəl bilirdilər və həmin hissəni Berlin “Q Gallery Berlin” incəsənət mərkəzində qonaqlara təqdim elədilər. “Xalq Əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin bəhrəsi olaraq ərsəyə gəlməsi barədə məlumat verdi. Layihə rəhbəri ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəki işlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim elədi.

Mirzə Şəfi Vazeh yaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından sonra isə növbə poeziya və musiqinin idi. Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərlərini Azərbaycan və alman dillərində səsləndirdilər. Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəldi.

Kristiana Foqt, aktrisa: “Maraqlıdır ki, Vazehin şeirləri mənə Höteni xatırlatdı. Ona görə də sirli Şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə və asanlıqla səsləndirdim. Düzü, dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki, bu mənim üçün gözlənilməz oldu“.
Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, azərbaycan və rus dillərində olan nüsxələri, eyni zamanda Xalq Bankın “Xalq Əmanəti” layihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edildi.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:46
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
Dünən, 15:47
"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan olunub
Dünən, 14:40
İki məşhurun rəsm əsəri satışa çıxarılıb - Fotolar
Dünən, 13:18
Döyüş filmi kimi çəkiblər, amma...
25-10-2025, 10:34
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
24-10-2025, 23:49
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
24-10-2025, 14:01
AYB məhkəmədə şairə qalib gəlib
24-10-2025, 08:51
“Dyuna”nın ulduzu “Damokl qılıncının altında” yaşayır
23-10-2025, 23:00
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
23-10-2025, 16:14
Filmin hüquqları 20 milyon dollara satılıb
22-10-2025, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
22-10-2025, 16:37
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
22-10-2025, 15:55
Qurban Pirimov direktor təyin olunub
22-10-2025, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
22-10-2025, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
21-10-2025, 16:36
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
21-10-2025, 11:34
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki