16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha bir məşhur müğənni koronavirusdan öldü
Tarix: 30-03-2020 15:54 | Bölmə: Mədəniyyət
Daha bir məşhur müğənni koronavirusdan öldü

Əfsanəvi “I Love Rock`n`Roll” mahnısının həmmüəllifi, müğənni Alan Merrill ötən gün koronavirusun qurbanı olub.

“Daily Mail” xəbər verir ki, bunu “Facebook”da onun qızı Laura Merrill açıqlayıb.

“Koronavirus atamı məndən aldı. Onunla vidalaşmağa mənə, sadəcə, iki dəqiqə verdilər”, - bəstəkarın qızı bildirib.

L. Merrill açıqlamasında insanları evdə qalmağa da çağırıb: "Hər kəsi buna ciddi yanaşmağa çağırıram. Pulun önəmi yoxdur. İnsanlar ölür”.

Qeyd edək ki, mərhum Alan Merrill 1951-ci ildə Nyu-Yorkda doğulub. O, 1975-ci ildə məşhur “I Love Rock`n`Roll” mahnısını Ceyk Hukerlə birgə yazıb. Mahnı 1981-ci ildə hitə çevrilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}