Azərbaycan filminə daha 4 mükafat verilib - Fotolar
Tarix: 24-04-2020 15:09 | Bölmə: Mədəniyyət
Azərbaycan filminə daha 4 mükafat verilib

Şamil Əliyevin “Çölçü” filmi MONT. BLANC İNTERNATİONAL MOVİE FEST 2020 (Fransa, Paris) beynəlxalq festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülüb.

Reyting.az
Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, müsabiqələrin nəticəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda elan edilib.

“Çölçü” filmi 4 kateqoriya üzrə qalib elan edilib:

Ən Yaxşı Bədii film (rejissor Şamil Əliyev), Rejissor nailiyyətinə görə mükafat (Şamil Əliyev), Ən Yaxşı Operator (Rafiq Quliyev), Ən Yaxşı montaj (Fərid Axundov, Rafiq Quliyev).

Rejissorun sözlərinə görə, 2012-ci ilin istehsalı olan “Çölçü” filminin gündəmdə olmasının səbəbi filmin qldırdığı sualın aktuallığı ilə bağlıdır: “Qloballaşan Dünya ilə milli özgür mədəniyyət arasındakı antroploji katastrofa filmin əsas niyyətini təşkil edir”.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 69 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Azərbaycan filminə daha 4 mükafat verilibAzərbaycan filminə daha 4 mükafat verilib
Azərbaycan filminə daha 4 mükafat verilib
Azərbaycan filminə daha 4 mükafat verilib
Azərbaycan filminə daha 4 mükafat verilib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər