Mədəniyyət Nazirliyi: "Nazirin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib"
Tarix: 25-05-2020 12:59 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi: "Nazirin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib"

"Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir".

Reyting.az-ın məlumatına görə, bu, Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada yer alıb.

Bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər: "Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib".

Xatırladaq ki, mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayav tutduğu vəzifədən azad edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}