Moskvada konsert keçirilməsinə icazə veriləcək
Tarix: 09-07-2020 15:47 | Bölmə: Mədəniyyət
Moskvada konsert keçirilməsinə icazə veriləcək

Avqustun 1-dən etibarən Rusiyanın paytaxtı Moskvada kinoteatrlar açılacaq və şəhərdə konsertlər keçirilməsi mümkün olacaq.

Bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.

“Ən çoxu 3 min yeri olan teatrların, kinoteatrların və konsert zallarının açılmasına icazə veriləcək. Yalnız salonlar 50%-dən çox dolmamalıdır”, - merin məlumatında deyilir.

Eyni zamanda avqustun 1-dən idman tədbirlərində tribunaların 50%-dək (hazırda 10%-dir – red.) dolmasına icazə veriləcək.

İyulun 13-dən etibarən isə Moskvada attraksionlar fəaliyyətini bərpa edəcək və parkların, mədəniyyət mərkəzlərinin, habelə diskotekaların fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılacaq. Ziyarətçilərin sayı məkanın tutumunun 50%-dən çox olmamalıdır/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}