UNESCO Qarabağdakı tarixi abidələrlə bağlı Azərbaycan və Ermənistana kömək təklif edib
Tarix: 20-11-2020 18:36 | Bölmə: Mədəniyyət
UNESCO Qarabağdakı tarixi abidələrlə bağlı Azərbaycan və Ermənistana kömək təklif edib

UNESCO Dağlıq Qarabağdakı tarixi abidələrin mühafizəsi məqsədi ilə Azərbaycan və Ermənistana köməklik göstərməyə hazırdır və mütəxəssislərdən ibarət heyət göndərməyi planlaşdırır.

TASS-ın verdiyi xəbərə görə, bu barədə UNESCO-nun baş direktoru Odre Azule deyib.

Azərbaycan və Ermənistanın nümayəndələri ilə görüş zamanı baş direktor UNESCO tərəfindən texniki dəstək göstərmək üçün rəsmi şəkildə təklif göndərib: “Regionun mədəni mirasının daha effektiv təşkili üçün bu ərazilərə hələ də gedə bilməyən nümayəndələr maraqlı tərəflərin razılığı əsasında səhra missiyası həyata keçirərək ən əhəmiyyətli mədəni sərvətlərin ilkin siyahısını tuta bilərlər. UNESCO belə bir missiyanı həyata keçirmək üçün bütün maraqlı tərəflərlə işləyəcək. Minsk qrupunun həmsədrləri ilə ən yüksək səviyyədə məsləhətləşmələr başlayıb”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}