Tarix: 26-02-2016 13:46 | Bölmə: Mədəniyyət
Azərbaycan Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün növbəti premyerası olacaq.
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni uşaq tamaşası olan "Qızıl cücə”dən gedir.
Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsəri tamaşaçılara 27 fevral saat 12.00-da təqdim olunacaq. Yeni nağıl-tamaşanın müəllifləri V.Ulyanovskiy və V.Orlov, quruluşçu-rejissoru Azərbaycanın əməkdar artisti Svetlana Bulaxdır."Tamah, var-dövlət hərisliyi, yalan, hiyləgərlik çox böyük faciələrə səbəb olur. Əsl sevgi bütün nadanlıqlara və qəddarlıqlara qalib gəlir. "Qızıl cücə” nağıl-tamaşasının verdiyi mesaj da məhz bu qəbildən olan mətləblər haqqındadır. Bu tamaşayla məqsədimiz təkcə uşaqları əyləndirmək deyil, həm də onların intellektual inkişafına yardımçı olmaqdır. İnanıram ki, maraqlı süjet xəttinə malik olan "Qızıl cücə” balaca tamaşaçılarımızın böyük marağına səbəb olacaq”, - deyə Svetlana Bulax bildirib.Qeyd edək ki, yeni səhnə əsərinin rejissor-assistenti Tamilla Aslanovadır.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edəcəklər.
Qlobal.az
Bölməyə aid digər xəbərlər