“Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb - Video
Tarix: 25-02-2021 17:38 | Bölmə: Mədəniyyət
“Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb

Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyan “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.

Saraydan Reyting.az-a bildirilib ki, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) ərsəyə gətirilib.

“Xocalı fəryadı” layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən “Xocalı fəryadı” ədəbi-bədii musiqili kompozisiya Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.





Bölməyə aid digər xəbərlər
6-04-2021, 12:42 Rəmiş dəfn olunub

bütün xəbərlər
{sape_links}{sape_article}