Xalq artisti son mənzilə yola salınıb
Tarix: 18-04-2021 13:54 | Bölmə: Mədəniyyət
Xalq artisti son mənzilə yola salınıb

Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, o, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.

Qeyd edək ki, E. Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da dünyasını dəyişib.

Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}