Musiqili Teatrdan tamaşaçılarına çağırış - Video
Tarix: 01-05-2021 19:51 | Bölmə: Mədəniyyət
Musiqili Teatrdan tamaşaçılarına çağırış

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “PEYVƏND OLUNAQ Kİ, TEZLİKLƏ GÖRUŞƏ BİLƏK!” çağırışı ilə tamaşaçılarına müraciət edib.

Reyting.az
xəbər verir ki, günümüzün vacib mövzusunu - peyvənd olunmaq kimi mühum çağırışı hər kəsə ünvanlayan qısametrajlı rolikdə teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan dəhlizlərin və salonun da sevimli tamaşaçılar üçün darıxdığını göstərən kadrlar hər kəsin duyğularına toxunur.

Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa çalışan tamaşaçıların bağlı qapı arxasında qalmaları da hər kəsi bu barədə ciddi düşünməyə sövq edir.

COVİD-19 əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır.

Onu da əlavə edək ki, layihənin ideya müəllifi teatrın direktoru Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur.

Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.

Teatrdan bildiriblər ki, çox təsirli kadrlarla zəngin olan bu roliki izləyin və bir daha əmin olun ki, peyvənd edilməyiniz hər birimizə nə qədər vacibdir:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}