Səyavuş Aslanın küçədə gecələyən oğlunu sığınacağa qaytarmaq istəyirlər
Tarix: 16-09-2021 12:24 | Bölmə: Mədəniyyət
Səyavuş Aslanın küçədə gecələyən oğlunu sığınacağa qaytarmaq istəyirlər

Sosial Xidmətlər Agentliyi mərhum aktyor, mərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovun küçədə qalması və çətin həyat şəraiti ilə üzləşməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Reyting.az
-ın məlumatına görə, Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov bildirib ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub və orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib.


Çingiz Aslanov

M. Həşimov deyib ki, Ç. Aslanovun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlara təlimat verilib, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndərilib. “Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq", - deyə M. Həşimov vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}