Şah Mat Teatrı “Qoca klon”ların davamçılarını səhnəyə çıxaracaq - Foto
Tarix: 12-10-2021 16:16 | Bölmə: Mədəniyyət
Şah Mat Teatrı “Qoca klon”ların davamçılarını səhnəyə çıxaracaq

Oktyabrın 14-ü saat 19:00-da Şah Mat Teatrı “Salaam Cinema” səhnəsində dünyaca məhşur rumın dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" əsərinin motivləri əsasında “Üstdəki dərinliklər” adlı tamaşanın premyerasını təqdim edəcək.

Bu barədə Reyting.az-a teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.

Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayevdir.

Tamaşada rolları Anar Bulud, Fərid Vəliyev, Fərid Bağırov, Səid Abbasov və Orxan Abışov ifa edəcəklər.

Absurd üslubda qurulan tamaşada hadisələr üç fərqli obrazın ətrafında baş verir. Bu üç nəfər bir olmaq uğrunda mübarizə aparır. Lakin hansısa qara qüvvələr buna mane olurlar. Sonda müsbət xarakterli "Ağ qüvvə" onları bu vəziyyətdən çıxarmağa çalışır.

Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü “Salaam Cinema”dan əldə edə bilərsiniz.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}