Film çəkilişi zamanı aktyor iki nəfəri güllələyib, ölən var - Video
Tarix: 22-10-2021 08:14 | Bölmə: Mədəniyyət
Film çəkilişi zamanı aktyor iki nəfəri güllələyib, ölən var

ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı silahlı hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə TMZ portalı bildirib.

Məlumata görə, hadisə Nyu-Meksika ştatında "Rust" ("Pas") vesterninin çəkilişləri zamanı qeydə alınıb.

Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib, hansı ki, boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Digər mətbu orqanlar da bildirib ki, Alek Bolduin filmin çəkilişində iştirak edib, filmin çəkilişləri dayandırılıb.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib.

“Variety” jurnalı isə bildirib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}