Xumar Qədimova Şuşaya mahnı həsr edib - Video
Tarix: 12-11-2021 12:28 | Bölmə: Mədəniyyət
Xumar Qədimova Şuşaya mahnı həsr edib

Müğənni Xumar Qədimova Şuşaya mahnı həsr edib.

Reyting.az
xəbər verir ki, mahnının sözləri Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.

Xumar Qədimova bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib: “Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.

X. Qədimova əlavə edib ki, sabah mahnının ictimaiyyət üçün geniş təqdimatı keçiriləcək.(Yeni sabah)





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}